Fransa-Ermənistan reysi ilə bağlı hərbi yük iddiası gündəmdə: uçuş hərəkətliliyi şübhə doğurdu
Fransadan Ermənistana hərbi təyinatlı avadanlıqların mülki yük adı altında daşınması ilə bağlı iddialar yenidən müzakirə mövzusuna çevrilib.
BAKU.WS xəbər verir ki, "Haber Global"ın YouTube kanalında yayımlanan videosüjetdə Azərbaycan mediasının bu istiqamətdə apardığı araşdırmalara yer verilib.
Materialda qeyd olunur ki, Fransa hərbi nəqliyyat təyyarələrinin İrəvana uçuşları diqqətçəkən aktivlik göstərib. Xüsusilə mayın 4-də Fransa Hava və Kosmik Qüvvələrinə məxsus "Airbus A330-200" tipli təyyarənin İrəvana eniş etməsi, daha sonra isə Parisə və Fransadakı hərbi bazalardan birinə yönəlməsi suallar yaradıb.
Məlumata görə, Fransa Prezidenti Emmanuel Makronun mayın 5-də İrəvana səfərindən bir gün əvvəl baş verən bu uçuşun məqsədi və daşınan yükün mahiyyəti rəsmi şəkildə açıqlanmayıb.
Videomaterialda qeyd edilir ki, uçuş məlumatları təyyarənin hərəkətini təsdiqləsə də, daşınan yükün məzmunu barədə dəqiq informasiya yoxdur və bu da müxtəlif ehtimalların gündəmə gəlməsinə səbəb olub.
Qeyd olunan iddialarla bağlı Fransa tərəfi və rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.
Oxşar xəbərlər
Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib
Azərbaycanda səfərdə olan Slovakiya Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti mayın 13-də Zəfər parkını ziyarət edib. BAKU.WS xəbər...