Fon der Lyayen: Azərbaycan öz enerji sistemini Aİ ilə birləşdirəcək
Azərbaycan öz enerji sistemini Avropa İttifaqı (Aİ) ilə birləşdirəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Rusiya qazının Avropa istiqamətində tədarükünün dayandırılmasından sonra Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayıb, "Cənub Qaz Dəhlizi" isə enerji resurslarının tədarükü sahəsində "uğur hekayəsi"nə çevrilib:
"Buna görə mən sizə minnətdarlığımı bildirirəm. İndi biz növbəti mərhələdəyik".
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Azərbaycan yeni enerji layihələri, o cümlədən bərpa olunan energetika sahəsində layihələr həyata keçirir.
Ursula fon der Lyayen vurğulayıb ki, Azərbaycan Xəzər regionunda əhəmiyyətli potensiala malikdir və təmiz elektrik enerjisinin tədarükü üçün mühüm enerji qovşağına çevrilə bilər:
"Biz sizin regional enerji şəbəkələrinin inteqrasiyası üzrə planlarınızı dəstəkləyirik. Azərbaycan öz enerji sistemini Avropa İttifaqı ilə birləşdirəcək. Bu həm də əlavə qaz həcmlərinin ixracı üçün imkanlar yaradacaq. Bu kontekstdə biz sizin təklifinizi də qəbul etdik. Mən Sizin Azərbaycan və Ermənistan arasında elektrik kabelinin çəkilməsi təşəbbüsünü irəli sürməyinizi alqışlayıram, bu, gələcək üçün çox mühüm addımdır".
Oxşar xəbərlər
Ursula fon der Lyayen: "Biz sülhü dəstəkləyirik"
"Biz bağlantı vasitəsilə sülhü dəstəkləyirik". BAKU.WS xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen "X" platformasında Azər...