Finlandiyada Rusiyanın əmlakına həbs qoyulub
Yeniliklərdən dərhal xəbərdar olun
Finlandiya hakimiyyəti Avropa İttifaqının sanksiyalarına əsasən Helsinkidə Rusiya Elm və Mədəniyyət Mərkəzinin binasına həbs qoyub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, bu aktivlərə məhdudiyyətlərin tətbiqi barədə qərar dövlət məhkəmə icraçıları tərəfindən Xarici İşlər Nazirliyinin müvafiq müraciəti ilə əlaqədar bir həftə əvvəl qəbul edilib.
Həbs müddətində Rusiya və onun strukturlarına sahəsi 3,3 min kvadratmetrdən çox olan bu əmlakı təhvil vermək və ya girov qoymağa icazə verilmir.
Oxşar xəbərlər
Türkiyənin tələbi ilə İsveç və Finlandiya ilə danışıqlar ləğv edildi
Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli mexanizm üzrə danışıqlar qeyri-müəyyən müddətə ləğv edilib. Ankara İsveçdə Türkiyənin qırmı...