Fidan: "Qarabağ Azərbaycandır!" həqiqəti xalqların yaddaşında əbədi yaşayacaq
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, bu barədə nazir "X" sosial media hesabında paylaşım edib.
"Qardaş Azərbaycanın 8 Noyabr - Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm. Qarabağlıların öz torpaqlarına qovuşmasını təmin edən o tarixi mübarizənin qəhrəmanlarını dərin ehtiramla yad edir, Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizə rəhmət, qazilərimizi isə minnətdarlıqla anıram", - paylaşımda qeyd olunub.
H.Fidan "Qarabağ Azərbaycandır!" həqiqətinin xalqların yaddaşında və bölgənin gələcəyində əbədi yaşayacağına inamını ifadə edib:
"Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Bakıda olmaqdan, qardaşlığımızı bir daha dərindən hiss etməkdən və Azərbaycan xalqının qüruruna şərik olmaqdan böyük şərəf duyuruq".
Oxşar xəbərlər
Şahbaz Şərif: Pakistan hərbiçilərinin Azərbaycan və Türkiyə ordusu ilə birgə addımlamasını qürurla izlədim
Pakistan Ordusunun nümayəndə heyətinin Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ilə addım-addım bir sırada yürüməsini görməkdən qürur duyuram. BAKU.WS xəbər veri...