FHN-in Laçında yerləşəcək binasının lövhəsi hazırdır

30
noy
2020
17:15
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin lövhəsi hazırdır.
BAKU.WS Trend-ə istinadən bildirir ki, qurumun rayonda yerləşəcək inzibati binasının girişində asılacaq.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi arasında noyabrın 10-da imzalanan birgə bəyanata əsasən, Ermənistanın işğalçı qüvvələri dekabrın 1-də Laçın rayonunu tərk edəcək və rayon Azərbaycan Ordusunun nəzarətinə keçəcək.
Oxşar xəbərlər
Bu gün Kəlbəcər işğaldan azad olur
Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiyanın Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanata əs...
