FHN hadisə yerinə operativ çatmaq üçün motosikletlər alıb

"Magistral yollarda tıxaclar çoxdur. Ona görə də hadisə yerinə tez çatmaq üçün motosikletlər almışıq".
BAKU.WS-in xəbərinə görə, bu fikirləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, FHN-in sularda xilasetmə ilə bağlı da xidməti var: "Ölkəmizdə obyektiv və subyektiv səbəblərdən qanunsuz tikililər var. Bununla bağlı müvafiq qurumlarla işlər aparılır".
Nazir bildirib ki, texniki və təbii fəlakətlərdən heç kim sığortalanmayıb: "Biz çalışırıq ki, işimizi, peşəkarlığımızı daha da artıraq. Bu, bizim qarşımızda duran məsələlərdən biridir".

Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...