Fermerlər Moldova ilə Rumıniya sərhədindəki əsas keçid məntəqəsini bağlayıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Moldova ilə Rumıniya arasındakı ən böyük sərhəd-keçid məntəqəsi “Leuşeni” fermerlər tərəfindən bağlanıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.
“Leuşeni-Albitsa” sərhəd-keçid məntəqəsinə gedən yol fermerlər tərəfindən bağlanıb. Etirazçılara xəbərdarlıq edilib ki, onlar bu addımları ilə vətəndaşların sərbəst hərəkət hüququnu məhdudlaşdırırlar”, - məlumatda qeyd edilib.
Bildirilib ki, fermerlər vəd olunan 23 milyon dollarlıq təzminatın sürətləndirilməsini və danışıqlara başlanılmasını tələb edərək etiraz aksiyalarına başlayıblar. Etirazçıların sözlərinə görə, kənd təsərrüfatında vəziyyət heç vaxt indiki qədər çətin olmayıb.
Oxşar xəbərlər
Yunanıstanda fermerlər magistral yolu bağlayıb
Yunan fermerlər etiraz aksiyasında Saloniki-Moudania magistral yolunu traktorlarla bağlayıblar. BAKU.WS xəbər verir ki, bu barədə Yunanıstanın ERT telekanalı mə...