Fərid Qayıbov təltif olunmuş şəxslərə mükafatları təqdim edib
Yeniliklərdən dərhal xəbərdar olun
Gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin bu il imzaladığı müxtəlif sərəncamlarla təltif olunmuş bir qrup şəxsə dövlət mükafatlarını təqdim edib.
BAKU.WS xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilən tədbirdə əvvəlcə dövlət başçısının sərəncamına əsasən, ADBTİ-nin 90 illik yubileyi münasibətilə və Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə təltif edilmiş bir nəfərə “Şöhrət” ordeni verilib.
Bundan əlavə, bir nəfərə Prezidentin fərdi təqaüdünün müvafiq sənədi, yeddi nəfərə “Tərəqqi” medalı, səkkiz nəfərə Əməkdar müəllim, beş nəfərə isə Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adının vəsiqəsi və döş nişanı təqdim edilib.
Həmçinin, Azərbaycan Prezidentinin müxtəlif Sərəncamları ilə təltif edilmiş şəxslərə “Şöhrət” və “Şərəf” ordenləri, üç nəfərə “Tərəqqi” medalı, dörd nəfərə isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim olunub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...