Fərid Əhmədov Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüşüb
Ədliyyə naziri Fərid Əhmədov Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüş keçirib.
Bu barədə BAKU.WS-ə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Nazirlik tərəfindən ədliyyə sahəsində həyata keçirilən islahatlar, rəqəmsallaşma istiqamətində atılan addımlar və gələcək planlar müzakirə olunub.
Nazir Fərid Əhmədov İctimai şura üzvlərinin təklif və rəylərini dinləyərək, onların bu prosesdəki rolunu və Nazirliyin fəaliyyətində ictimai iştirakçılığın əhəmiyyətini vurğulayıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə iştirakçılar ədliyyə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində fikir və təşəbbüslərini bölüşüblər.
Sonda İctimai şura üzvləri səmimi gorüşə görə təşəkkürlərini bildirərək, bu cür dialoqun davamlı olmasının vacibliyini qeyd ediblər.
Oxşar xəbərlər
İranın səfiri "Baku TV"nin bəzi suallarından yayınıb
İran hücuma məruz qalandan sonra ABŞ və İsrailin bölgədəki hərbi bazalarını hədəf alıb və bu hücumları elan edərək həyata keçirib. BAKU.WS "Report"a istinadən x...