Fenomenlərin istintaqı - İş adamı Gökhan Gözün axtarışda olduğu ortaya çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbul Polis İdarəsinin Korrupsiya ilə Mübarizə Şöbəsinin əməkdaşları ilə İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bir çox fenomen şübhəli şəxs qismində saxlanılıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu dəfə gözəllik mərkəzinin sahibi Neslim Güngen və həyat yoldaşı İnanç Güngenə qarşı əməliyyat keçirilib.
İstanbul mərkəzində yerləşən 25 vilayətdə 134 ünvana yönəldilmiş əməliyyatda Neslim Güngen, həyat yoldaşı İnanç Güngen və bir çox şəxs "Cinayət törətmək məqsədi ilə təşkilat qurmaq, cinayət yolu ilə əldə edilmiş əmlakın dəyərini artırmaq, rəsmi sənəddə saxtalaşdırma və keyfiyyətli fırıldaqçılıq" cinayətlərinə görə həbs edilib.
Əməliyyat zamanı saxlanılanların sayı 61 nəfərə çatıb.
Polis tərəfindən aparılan araşdırmalar nəticəsində Neslim Güngenin kassasının bir dövrdə modaçı Gülşah Saraçoğlu ilə sevgilisi olan iş adamı Gökhan Göz olduğu müəyyən edilib. Məlum olub ki, onun adı sənəddə şübhəli kimi qeyd olunub və o, axtarışdadır.
Oxşar xəbərlər
Türkiyədə daha bir fenomen cütlük həbs olundu: Neslim Güngenin qəribə reaksiyası təəccübləndirdi - FOTO
İstanbulda sosial media fenomenlərinə qarşı aparılan araşdırma çərçivəsində eyni vaxtda 25 vilayətdə keçirilən əməliyyatlarda gözəllik mərkəzinin sahibi və sosi...