“Facebook” və “Twitter” Trampı bloklayandan sonra 44 milyard dollar vəsaitdən məhrum olub

“Facebook” və “Twitter” sosial şəbəkələri ABŞ prezidenti Donald Trampın hesablarının bloklanması səbəbindən 44 milyard dollar vəsait itirib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu NASDAQ birjasının məlumatlarına əsasən demək mümkündür.
Qeyd edək ki, D.Trampın sosial şəbəkələrdəki hesablarının bloklanması, siyasətçinin minlərlə tərəfdarının Vaşinqtonda etiraz nümayişləri keçirməsindən sonra başladı.
Etirazçıların bir hissəsi Konqresin ölkədəki prezident seçkilərinin nəticələrini təsdiq etdiyi Kapitoliya binasına daxil olub.
Etiraz aksiyaları nəticəsində ölən və yaralananlar olub.
Oxşar xəbərlər
Donald Trampın impiçmenti müzakirəyə çıxarılacaq
ABŞ prezidenti Donald Trampın impiçmenti məsələsi Konqresin Nümayəndələr Palatasında yanvarın 13-də və ya 14-də müzakirə olunacaq. BAKU.WS report-a istinadən xə...