EVLƏNMƏYƏN 5 BÜRC - Həyatlarının sonuna qədər subay qala bilərlər - FOTO

EVLƏNMƏYƏN 5 BÜRC - Həyatlarının sonuna qədər subay qala bilərlər - FOTO
Siyasət 8

Bəzən insan aşiq olur və həyatının geri qalan hissəsini sevib-seçdiyi şəxslə yaşayaraq keçirir. Buna baxmayaraq öz azadlığını sevən insanlar da var ki, münasibət qurmazdan əvvəl çox götür-qoy edirlər. Təklikdən zövq alan və təkliyi sevən bu insanlar evlilik qərarından da qorxurlar. Kimisə sevmək, onunla ailə qurmaq gözəl hisdir. Lakin bəzi insanlar uzunmüddətli münasibətlərdən çəkinirlər. Xüsusilə evlilik fikri hər zaman onlara qəribə gəlir.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, astoloqlar Əkizlər, Oxatan, Dolça, Balıq və Qız bürclərinin subay qalmağı sevən və evlənmək istəməyən bürclər olduğunu qeyd ediblər.

Əkizlər uzunmüddətli münasibətlərdə olmağı sevmirlər. Bu cür münasibətlərin onların həyatını məhdudlaşdırdığını düşünürlər. Ciddi münasibətlər onlar üçün deyil. Onlar sevgi münasibətlərində ya həddən artıq isti ya da çox soyuq olurlar. Buna görə də onlar çox çətin evlilik qərarı verirlər.

Oxatanlar sərbəstliyi çox sevirlər. Onlar özünəməxsusluqları olan insanlarla ünsiyyət qurmağı xoşlayırlar. Yeni bir həyat yoldaşı seçərkən çox narahat olurlar. Gizli olaraq, həyatlarında kiminsə olmasını istəyirlər. Lakin onlar üçün azadlıq hər şeydən önəmlidir. Həyatlarını məhdudlaşdıran uzunmüddətli münasibətlərdən qaçırlar.

Dolçalar çox müstəqil olurlar. Onlar yeni insanlarla ünsiyyət qurmağı və tanış olmağı sevirlər. Çox qayğıkeş və mehribandırlar. Ancaq evlilik və əlaqələrə gəldikdə, geriyə baxmadan qaça bilərlər. Öz azadlığını və müstəqilliyini itirmək qorxusu bu bürcü uzunmüddətli münasibətlərdən uzaqlaşdırır.

Balıqlar bürcü dəli kimi aşiq ola bilərlər, amma evlilik məsələsində çox da ciddi olmurlar. Balıqlar həm özlərini, həm də ətrafındakı insanları yüksək qiymətləndirirlər. Balıqlar xoşbəxt və romantik bir əlaqəyə sahib ola bilərlər. Lakin evlilik məsələsində bir neçə dəfə düşünürlər. Balıqlar çox vaxt bu məsuliyyətdən qaça bilərlər.

Qız bürcü kimisə sevmək və ya güvənmək məsələsində çox seçicidir. Bu bürcün problemi odur ki, onlar özlərindən çox başqalarını tənqid edirlər. Potensial bir tərəfdaşla tanış olduqları zaman ağıllarında mükəmməl bir əlaqənin təsəvvürü olur. Qız bürcləri üçün həyatlarında hər şey mükəmməl olmalıdır. Mükəmməl bir əlaqəni axtardıqları üçün çox vaxt tək qalırlar.

Son xəbərlər