İƏT ölkələri Azərbaycana təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gənclər və idman nazirlərinin V konfransı keçirilib.
BAKU.WS xəbər verir ki, tədbirdə İƏT-in dördüncü konfransının sədri qismində iştirak edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov görülmüş işlər barədə hesabat verib, eyni zamanda bütün üzv ölkələrə və qurumlara bu dövrdə təşkilatın fəliyyətinə göstərdiyi dəstəyə görə təşəkkür edib.
Nazir çıxışının sonunda konfransa sədrliyi Səudiyyə Ərəbistanı Krallığına təhvil verərək, bu ölkənin idman naziri, şahzadə Əbdüləziz bin Turki Əl-Faysalı bu münasibətlə təbrik edib, təşkilatın yeni nailiyyətlər qazanacağına inandığını bildirib.
Tədbirdə çıxış edən ölkələrin nümayəndələri konfransa sədrlik etdiyi dörd il (Azərbaycanın sədrliyi pandemiya səbəbindən 2 il yox, 4 il davam edib) ərzində göstərdiyi fəallığa görə Azərbaycana təşəkkür ediblər.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...