Estoniyada Zelenskinin qumdan heykəli ucaldılıb - FOTO

Estoniyada Zelenskinin qumdan heykəli ucaldılıb - FOTO
Siyasət 67

Estoniyanın Tırva şəhərində sakinlər "Azadlıq Parkı" salaraq Ukrayna Prezidenti Volodimir Zelenskinin qumdan heykəlini ucaldıblar.

BAKU.WS xəbər verir ki, Estoniyanın baş naziri Kaja Kallas heykəlin fotosunu sosial şəbəkə hesabında dərc edib.

"Estoniyalıların Ukraynaya dəstəyi sarsılmazdır - Estoniyanın hər yerində bunun əlamətləri var", - siyasətçi fotoya başlıq kimi qeyd edib.

Zelenski "Azadlıq heykəli" obrazında təsvir edilib. Onun sağ əlində məşəl əvəzinə qaldırılmış yumruq, sol əlində isə Ukrayna Gerbi həkk olunmuş qalxan var.

Qeyd olunur ki, bütün park Ukraynaya həsr olunub. Onlar Ukrayna müharibədə qalib gələnə qədər abidəni orada saxlamaqda qərarlıdırlar.

Son xəbərlər