Estoniya Parlamentinin sədri Azərbaycandadır - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 22-də Estoniya Respublikası parlamentinin (Riiqikoqu) sədri Yüri Ratasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Estoniya parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Estoniya parlamentinin sədri Yüri Ratasın dövlət və hökumət rəsmiləri ilə görüşü nəzərdə tutulub.
***
19.23
Estoniya Parlamentinin sədri Yuri Ratas Azərbaycana səfərə gəlir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Yuri Ratas feysbukda bildirib.
O, Azərbaycan prezidenti, baş nazir və Milli Məclisin sədri ilə görüşlər keçirəcəyini yazıb.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...