Əsgərin məzarına gül qoymaq istəyən Paşinyanı peşman etdilər - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan Vayosdzor bölgəsinə səfəri zamanı çıxılmaz vəziyyətdə qalıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Paşinyan buraya səfəri zamanı ikinci Qarabağ müharibəsində ölən əsgərlərin məzarlarını da ziyarət etmək istəyib. Lakin qəbiristanlıqda olan əsgər yaxınlarından biri Paşinyana məzarın üzərinə gül qoymağa icazə verməyib.
"Bu, qardaşımın məzarıdır. Mənim buna haqqım var. Sizə icazə vermirəm", - deyə ölən hərbçinin yaxını Paşinyana bildirib.
O qeyd edib ki, məsul şəxslərdən heç biri ona qardaşının meyitinin tapılmasına kömək etməyib, əksinə mane olublar.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...