Ermənistan Gürcüstanla hərbi sahədə razılığa gəldi
22
dek
2016
14:43
Gürcüstanın müdafiə naziri Levan İzoriya və ermənistanlı həmkarı Viqen Sarkisyanla 2017-ci il üçün iki tərəfli hərbi müqavilə imzalayıb.
BAKU.WS Vestikavkaza.ru-ya istinadən bildirir ki, V. Sarkisyan Ermənistanın müdafiəsi və təhlükəsizliyinin proitetləri ilə bağlı Tiflisdə baş tutacaq danışıqlarda iştirak edəcək.
Gürcüstanın müdafiyə naziri Levan İzoriyanın sözlərinə görə, imzalanan müqavilə gələn ilin müdafiə əlaqələrinin inkişafı üçün nəzərdə tutur. Tərəflər hərbi, təhsil, səhiyyə və qarşılıqlı şəkildə hərbi polisin təcrübəsini öyrənməyi planlaşdırır.
Onu da qeyd edək ki, Gürcüstanın müdafiə naziri azərbaycanlı həmkarı Zakir Həsənovla da oxşar müqavilə imzalayıb.
Orxan Muxtarlı
BAKU.WS
Oxşar xəbərlər
Zakir Həsənov İran səfiri ilə görüşüb
Avqustun 5-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşüb. B...