Ermənilər snayperləri ön cəbhəyə çəkdilər: gərgin gecə keçdi

Ermənilər snayperləri ön cəbhəyə çəkdilər: gərgin gecə keçdi
Siyasət 2563

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən və 82 millimetrlik minaatanlardan da (cəmi 33 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 125 dəfə pozub.

Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Dovex, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Çinari kəndində yerləşən mövqelərdən Gədəbəy və Tovuz rayonları ərazisindəki adsız yüksəkliklərdə və Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Mərzili və Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 BAKU.WS

Oxşar xəbərlər

Qarabağda gərgin gecə: Müdafiə Nazirliyi rəsmi məlumat yaydı

Qarabağda gərgin gecə: Müdafiə Nazirliyi rəsmi məlumat yaydı

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik...

6928 Siyasət 10:18 03 mart 2017

Son xəbərlər