Ermənilər kimyəvi bomba atdı: Hərbi attaşelər bölgəyə getdi

Ermənilər kimyəvi bomba atdı: Hərbi attaşelər bölgəyə getdi
Siyasət 1967
 

Bu gün Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhə bölgəsinə səfəri təşkil olunub. ANS PRESS-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun Əskipara kəndində Ermənistan Silahı Qüvvələri tərəfindən fosfor təyinatlı silahın istifadə olunması müəyyən edilib:

"Bu, beynəlxalq konvensiyalarla qadağan olunmuş silahdır. Kifayət qədər təhlükəli xarakter daşıyır. Bu faktla əlaqədar olaraq adıçəkilən hər iki qurum tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin hadisə yerinə səfəri təşkil olunub. Onlar yerindəcə ermənilər tərəfindən fosforlu silahın istifadəsi ilə tanış olacaqlar. ANAMA mütəxəssisləri tərəfindən də mərminin təfərrüatları izah olunacaq”, - deyə mətbuat katibi bildirib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər