Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Füzuli rayonunda həyata keçirilmiş axtarış işlərinin gedişatında Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş daha bir hərbi qulluqçusunun meyiti aşkarlanıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, Qarabağda döyüş əməliyyatlarının dayandırılmasından sonra Ermənistanın meyiti tapılan itkin hərbçilərinin sayı 1 543 nəfərə çatıb.
Qeyd edək ki, axtarışlara itkin hərbçilərin yaxınları da cəlb olunub. Əsgər valideynləri daha əvvəl Ermənistanın müvafiq dövlət orqanlarının qarşısında etiraz aksiyaları keçirərək, itkin düşmüş övladlarının tapılmamasından şikayətləniblər. Bundan sonra axtarışlara mülki şəxslər də cəlb edilib.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...