Ermənistanın II Qarabağ müharibəsindəki itkilərinin sayı artır
Yeniliklərdən dərhal xəbərdar olun
Füzuli rayonunda aparılan axtarışlar zamanı ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun hərbçiləri tərəfindən məhv edilmiş, lakin bu günə qədər itkin düşmüş hesab olunan daha bir erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, məlumata görə, onun şəxsiyyəti məhkəmə-tibb ekspertizasının rəyindən sonra müəyyənləşdiriləcək.
Ermənistan mətbuatının məlumatına görə, bununla da 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycan ərazisində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 698 nəfərə çatıb. Onların hamısı Ermənistana təxliyə edilib.
Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi bu günə kimi müharibə itkilərinin dəqiq sayını açıqlamayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Türkiyənin "Anadolu" agentliyinə müsahibəsi - TAM MƏTN - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibə verib. Müsahibə sentyabrın 27-də agentliyin saytında yayımlanıb. BA...