Ermənistanın növbəti təxribatı Türkiyə mətbuatında - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusunun şəhid olması xəbəri Türkiyə mətbuatında da yer alıb.
Hadisə ilə bağlı geniş süjet hazırlayan “Haber Global” kanalı erməni əsgərlərinin atəşkəsi pozması və hərbi qulluqçumuzu şəhid etməsi faktını qabardıblar.
Müdafiə Nazirliyinin açıqlamasının da yer aldığı xəbərdə qeyd olunub ki, atəşkəsin pozulmasında Ermənistan hökuməti günahkardır.
Bundan əlavə, ötən gecə hərbçilərimiz tərəfindən vurulmuş Ermənistan silahlı qüvvələrinə aid pilotsuz uçuş aparatı haqqında da izləyicilərə məlumat verilib.
Oxşar xəbərlər
Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
Azərbaycan-Ermənistan cəbhəsində vəziyyət gərgin olaraq qalır. İşğalçı ölkənin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində gizirimizin yaralanmasına cava...