Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı Avropada aksiya keçirildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Niderlandda, Böyük Britaniyanın London, Koventri, Almaniyanın Münhen və Fransanın Nant şəhərində Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməməsinə etiraz əlaməti olaraq aksiyalar təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, aksiyalarda "Minalanmış ərazilərimizin xəritəsini istəyirik!", "Azərbaycanı minalardan azad et!", "Bizi minalardan azad edin, Qarabağ Azərbaycandır" şüarları yer alıb.
Aksiyaların məqsədi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritəsinin verilməməsidir.
Əllərində minalanmış ərazilərə, minaların zərərli təsirlərinə qarşı plakatlar tutmuş aksiya iştirakçıları Ermənistan hökumətindən minalanmış ərazilərə dair xəritələrin verilməsini tələb edib.
Qalereya
Oxşar xəbərlər
ANAMA-nın direktoru: “Əhali kənar yollarla işğaldan azad olunan minalı ərazilərə daxil olur” - MÜSAHİBƏ + FOTO
Torpaqların işğaldan azad olunması hər kəsi sevindirir. İllərin həsrəti bitib. Lakin bəzi insanların səbirsiz davranışları, sevinclərini həyatlarını riskə atara...