Ermənistanın ekologiya nazirinin keçmiş müavini hökuməti məhkəməyə verib
13
iyl
2024
21:44
Ermənistanın ekologiya nazirinin keçmiş müavini Qayane Qabrielyan hökuməti məhkəməyə verib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i “Datalex” məhkəmə informasiya portalına istinadən məlumat yayıb.
O, öz vəzifəsinə bərpa olunmasını və məcburi fasiləyə görə kompensasiya ödənilməsini tələb edir.
2024-cü il martın 21-də baş nazir Nikol Paşinyanın əmri ilə vəzifəsindən uzaqlaşdırılan Qabrielyan istefasının qanunsuz olduğunu təkid edir.
Oxşar xəbərlər
Paşinyana narazılıq pik həddə çatır, özü isə günah keçiləri axtarır - “Kaspi”nin TƏHLİLİ - FOTO
Bu gün Ermənistan hökumətinə rəhbərlik edən Nikol Paşinyan natamamlıq kompleksindən ciddi əziyyət çəkir. O, regionlara səfərləri zamanı məmurları alçaldaraq özü...