Ermənistanda Vitali Balasanyana qarşı cinayət işi açılıb

Ermənistanın İstintaq Komitəsi Qarabağdakı keçmiş qondarma qurumun “sabiq təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan barədə qanunsuz silah saxlamaq faktı üzrə cinayət işi başladıb.
“Report” “Armenia Today”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.
Onun sözlərinə görə, Vitali Balasanyan “Makarov” tipli tapançanı təhvil verməyib.
Qor Abramyan deyib ki, bu fakt üzrə ona qarşı qanunsuz silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə maddəsi üzrə cinayət işi başlanıb. Bu iş üzrə maksimum 3 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Oxşar xəbərlər
Ermənistanda Rusiya sərhəd qoşunlarının müşahidə məntəqəsinə hücum olub
Ermənistanın Yeraxs kəndində Rusiya sərhəd qoşunlarının müşahidə məntəqəsinə hücum olub. BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətb...