Ermənistanda vaksinlərin istifadə müddəti başa çatıb

Ermənistanda vaksinlərin istifadə müddəti başa çatıb
Siyasət 83

Ermənistanda yüzlərlə vaksinin istifadə müddəti başa çatıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Norveçdən gələn "Moderna" peyvəndinin 1 150 dozası istifadə müddəti bitdiyi üçün yararsız hala düşüb.

Belə ki, 207 600 dozadan 206 450-i istifadə olunub.

Buna səbəb pandemiya ilə əlaqədar ictimai yerlərə girişə qoyulan məhdudiyyətlər göstərilir. Səhiyyə Nazirliyi yanvarın 22-də məhdudiyyətlər tətbiq etməklə peyvəndin istifadə müddətini demək olar ki, qaçırıb.

Son vaxtlara qədər ölkəyə gətirilən peyvəndlərin yalnız 2,3 faizi yararlılıq müddəti bitdiyindən istifadə olunmayıb.

Xatırladaq ki, yanvarın 22-dən restoran və kafelərə, mehmanxana və idman zallarına, eləcə də mədəniyyət müəssisələrinə giriş peyvənd sənədi və ya mənfi PSR testi olmadan qadağan edilib.

Son xəbərlər