Ermənistanda Qazaxın işğal altındakı kəndlərində müqavimət hərəkatı yaratmaq istəyən silahlı qrup saxlanılıb

Ermənistanda Qazaxın işğal altındakı kəndlərində müqavimət hərəkatı yaratmaq istəyən silahlı qrup saxlanılıb
Siyasət 4

Ermənistanda “Döyüş Qardaşlığı” adlı silahlı qrup saxlanılıb.

Ermənistan mətbuatının məlumatına görə, dəstə üzvləri Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndinə döyüş hazırlığı keçməyə yollanmağı planlaşdırıblar.

Dəstənin 24 üzvünün saxlanıldığı və silah-sursatlarının müsadirə edildiyi vurğulanıb.

Ermənistan DİN onları qanunsuz silah-sursat daşımada ittiham edib. Əslində isə sözügedən silahlı dəstə Qazaxın işğal altındakı kəndlərinin Azərbaycana təhvil verilməsinə qarşı çıxaraq müqavimət hərəkatı yaratmağa cəhd edib.

Yeri gəlmişkən, Ermənistanın iştirakdan imtina etdiyi KTMT-nin illik təlimləri də “Döyüş Qardaşlığı” adlanırdı.

Son xəbərlər