Ermənistanda hərbçilərin olduğu maşın qəzaya uğradı - Ölü və yaralılar var

Ermənistanda hərbçilərin olduğu maşın qəzaya uğradı - Ölü və yaralılar var
Siyasət 221

Ermənistan ordusunun bir hərbçisinin ölümünə, üçünün isə yaralanmasına səbəb olan qəza hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Hadisə Gümri-Spitak magistral yolunda qeydə alınıb.

Qəzada ölənin Spartak A. (1997-ci il) adlı, xəsarət alanların isə Albert S. (1998-ci il), Artuş N. (1991-c il) və Manuk M. (1989-cu il) adlı müqaviləli hərbçilər olduğu bildirilir.

Son xəbərlər