Ermənistanda atışma oldu, ölənlər və yaralananlar var

Ermənistanda atışma oldu, ölənlər və yaralananlar var
Siyasət 379

Ermənistanda silahlı insident olub.

Bu barədə “Report” “Shamshyan.com”a istinadən xəbər verir.

Məlumata görə, hadisə Qeqarkuniksk vilayətində baş verib. Qavar rayonunda qeydə alınan silahlı insident nəticəsində 2 nəfər öldürülüb, daha 4 nəfər yaralanıb.

Məlumata görə, hadisə zamanı öldürülənlərdən biri hərbi polisin müstəntiqidir.

Atışmanın baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Son xəbərlər