Ermənistanda 10 zabit müharibədə vəzifələrini icra etməməkdə ittiham olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan ordusunun 10 hərbçisi 44 günlük müharibə zamanı öz hərbi öhdəliklərini icra etməməkdə təqsirləndirilir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi açıqlama yayıb.
Cinayət işinin materiallarına əsasən, 2020-ci il oktyabrın 18-də hərbi vəziyyət şəraitində hərbi hissələrdən birinin 2-ci atıcı batalyonu döyüş əməliyyatlarında iştirak üçün yola çıxıb.
Amma batalyonun bir sıra hərbçiləri, o cümlədən, batalyon komandiri və 9 zabit hərbi öhdəliklərini icra etməkdən boyun qaçıraraq daimi dislokasiya yerinə qayıdıblar.
Faktla bağlı toplanmış materiallar məhkəməyə verilməsi üçün prokurora göndərilib.
Oxşar xəbərlər
Kiyevdə azərbaycanlı döyüşçünün həlak olmasının TƏFƏRRÜATI - VİDEO
Martın 27-də Ukraynanın paytaxtı Kiyevin müdafiəsi zamanı Alik ləqəbli azərbaycanlı Elnur Həsənov həlak olub. Onun xatirəsi vuruşduğu “Karpatski Seç” könüllülər...