Ermənistana silahlar Gürcüstandan daşınır? - RƏSMİ CAVAB

Ermənistana silahlar Gürcüstandan daşınır? - RƏSMİ CAVAB
Siyasət 2418

Gürcüstanın müxalif Vahid Milli Birlik Hərəkatı Partiyası ölkənin Xarici İşlər Nazirliyindən (XİN) Azərbaycan mətbuatının yaydığı məlumatla bağlı izahat tələb edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, partiya üzvü Salome Samadaşvili XİN-i məsələyə münasibət bildirməyə çağırıb.

Deputatın sözlərinə görə, yayılan informasiyalar həqiqətə uyğundursa, o zaman Gürcüstan beynəlxalq öhdəlikləri pozub: “Azərbaycan KİV-lərinin silahların Gürcüstan ərazisi vasitəsilə Ermənistana çatdırılması barədə yaydığı məlumatlar çox narahatedicidir. Gürcüstanın beynəlxalq öhdəliklərinə əsasən, hərbi yük ölkə ərazisi vasitəsilə çatdırıla bilməz. Xarici İşlər Nazirliyini ictimaiyyət qarşısında bu məsələyə aydınlıq gətirməyə çağırırıq”.

S.Samadaşvili qeyd edib ki, əgər Gürcüstan beynəlxalq öhdəliyi pozubsa, o zaman bu, strateji tərəfdaş və müttəfiq olan Azərbaycanla münasibətlərə ciddi xələl gətirəcək.

Azərbaycan mətbuatının yaydığı məlumatlarda iddia olunur ki, bu yaxınlarda Serbiyadan iri partiyada müxtəlif çaplı minaatan mərmilər Ermənistana Gürcüstan ərazisi vasitəsilə çatdırılıb və həmin silah-sursat Tovuz istiqamətindəki toqquşmalarda istifadə olunub.

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının üzvü, vitse-spiker Gia Volski Azərbaycan mətbuatının Ermənistana silah-sursatın ölkə üzərindən çatdırılmasına dair yaydığı məlumatlara münasibət bildirib.

O, jurnalistlərə açıqlamasında həmin informasiyaları şayiə adlandırıb:

“Bu məlumatlar rəsmi deyil, bir konkret media tərəfindən yayılan şayiədir. Gürcüstanda da bu şayiəni təkrarlamağa sevinən KİV-lər var”.

Ermənistana silahlar Gürcüstandan daşınır? - RƏSMİ CAVAB

Son xəbərlər