Ermənistan yenə dövlət sərhədində atəşkəs rejimini pozub - RƏSMİ

Ermənistan yenə dövlət sərhədində atəşkəs rejimini pozub - RƏSMİ
Siyasət 689

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Son xəbərlər