Ermənistan XİN rəhbəri COP-29-a dəvət olunub

Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan BMT-nin təşkil etdiyi və iqlim dəyişikliyi mövzusuna həsr olunmuş COP29 konfransında şəxsən iştirak etmək üçün dəvət alıb.
BAKU.WS xəbər verir ki, bu xəbər Ermənistan KİV-ləri məlumat yayıb.
Ermənistan XİN-in məlumatına görə, nazirin COP29-da iştirakı hələ dəqiqləşməyib və yaxın həftələr ərzində bu barədə yekun qərar veriləcək. Lakin diplomatik dairələrdə belə bir səfərin baş tutacağına dair nikbin proqnozlar səsləndirilir. Ekspertlər hesab edir ki, Ermənistanın belə mötəbər beynəlxalq tədbirdə təmsil olunması ölkənin nüfuzuna və imicinin yüksəlməsinə müsbət təsir göstərəcək.
Qeyd edək ki, COP29 konfransı iqlim dəyişikliyi ilə qlobal mübarizə səylərini əlaqələndirmək və bu istiqamətdə beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına dövlət səfəri ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. BAKU.WS paylaşımı...
