Ermənistan və İran strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda İran xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi ilə görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, görüşdə Ermənistan və İran arasında ikitərəfli münasibətlərin inkişaf məsələləri müzakirə edilib. Tərəflər münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması istiqamətində aparılan işlər haqqında da fikir mübadiləsi aparıblar.
"Biz, şübhəsiz ki, qonşumuz və dostumuz İranla münasibətlərə böyük əhəmiyyət veririk. Əslində, bu, bizim üçün strateji əhəmiyyətli münasibətlərdir. Və təsadüfi deyil ki, İran Prezidenti Məsud Pezeşkian və Ermənistanın Baş naziri Nikol Paşinyan bu il münasibətlərimizi rəsmi olaraq strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılaşıblar", - Mirzoyan bildirib.
Tərəflər həmçinin regional infrastrukturun açılması məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Mirzoyan və Ravançi bu istiqamətdə hazırlanan proqramları və bu kontekstdə açılan imkanları da nəzərdən keçiriblər.
Oxşar xəbərlər
Azərbaycandan Biləcəri-Böyük Kəsik marşrutu ilə Ermənistana 48 vaqon neft məhsulu göndərilib
Azərbaycandan Ermənistana ümumilikdə 2 698 ton neft məhsulu daşıyan 48 vaqon Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. BAKU.WS...