Ermənistan üçün vəd olunan “qaynar payız” - İrəvan düşdüyü labirintdən necə çıxa bilər? - FOTO - TƏHLİL
Ermənistanda daxili siyasi vəziyyət qeyri-sabit olaraq qalır. Müxtəlif dairələr və fiqurlar Nikol Paşinyan hakimiyyətinə qarşı çıxışlarını davam etdirirlər. Bu, özünü fərqli müstəvilərdə və təzahürlərlə açıq göstərir.
Belə bir şəraitdə yerli KİV-də məlumat yayılmışdı ki, Ermənistanda, az qala, “xalq qəhrəmanı” kimi xarakterizə edilən keşiş Baqrat Qalstanyan Qarabağ ermənilərinin “lideri” ola bilər. Həmin iddiada Baqratın Qarabağdan könüllü köçmüş ermənilərin Azərbaycanla birbaşa danışıqlar aparmasına “liderlik” etməsinin mümkünlüyü də vurğulanıb. Əslində bu, absurd yanaşmadır.
Nəzərə almaq lazımdır ki, rəsmi Bakı daha əvvəl bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul edən, azərbaycanlılara qarşı cinayət törətməmiş ermənilər vətəndaşlıq almaq şərti ilə geri qayıda bilər. Keşiş Baqrat isə bu “kriteriya”ların heç birinə uyğun gəlmir. Əvvəla, o, Qarabağ ermənisidir. Həmçinin Baqrat anti-Azərbaycan mövqenin daşıyıcısı olmaqla yanaşı, həm də qatı separatçıdır.
Üstəgəl, Baqrat indiyə kimi Ermənistan hakimiyyətinin öz dövlətçiliyinin gələcəyi naminə Azərbaycanla normallaşma istiqamətində atdığı addımların əleyhinə çıxıb. Belə olan halda adıçəkilən keşişdən hansı səmimiliyi gözləmək olar?
“Azatutyun”un yazdığına görə, arxiyepiskop hər hansı spesifik aksiyadan danışmasa da, kampaniyanın ikinci mərhələsinin kütləvi tədbirlərlə deyil, tərəfdarlar arasında aparılan müzakirələrlə başlayacağını deyib.
Keşiş bu çərçivədə şəxsən Paşinyanı nəzərdə tutaraq bildirib ki, “antixrist” hakimiyyətdən “xoşluqla” getməlidir.
Qalstanyan əlavə edib ki, hökumətə qarşı “mübarizə metodları” dəyişdiriləcək, çünki onlar qarşı tərəfin sərt hərəkətlərindən nəticə çıxarıblar.
Xatırladaq ki, erməni kilsəsinin arxiyepiskoplarından Baqrat Qalstanyan ötən aprel ayında sərhəd bölgələrində bəzi sakinlərin Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası prosesinə qarşı çıxmasından istifadə edərək tərəfdarları ilə birlikdə Tavuşdan İrəvana yürüş edib. Bundan sonra ölkə daxilində hələ də bitməyən “soyuq savaş” başlayıb. Mürəkkəbləşməkdə olan bu prosesin gedişində Ermənistan hakimiyyəti üçün müəyyən risklərin yarandığı bilidirlir.
Bu arada Ermənistan xarici KİV-də artıq NATO-nun regiondakı plasdarmı kimi təqdim olunmaqdadır.
Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan hakimiyyətinin işi heç də asan deyil. Mövcud iqtidar üçün gerisayım, bəlkə də, başlayıb. Belə olan halda bütün yollar eyni istiqamətə - Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırmasına aparır. Əks halda, İrəvanın düşdüyü labirintdən çıxmağa nəzəri şansları da qalmayacaq...
Oxşar xəbərlər
Paşinyan tələyə salınır: Qərbin çirkin planları üzə çıxır - FOTO
Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə aydır sadə vətəndaşı Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı nağıllarla yemləsə də, real mənzərə başqa həqiqəti or...