Ermənistan təyyarələrinin Avropa İttifaqı üzərindən uçuşu qadağan edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Komissiyası Ermənistan aviaşirkətlərinə məxsus təyyarələrin Avropa İttifaqına üzv olan ölkələrin ərazisi üzərindən bütün uçuşlarını qadağan edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Avropa üzrə nəqliyyat komissarı Adina Valean bildirib.
Avropa Komissiyasının “qara siyahısına” Ermənistanın “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, “Atlantis European Airways”, “Mars Avia” və “Skyball” şirkətləri daxil edilib.
Qadağa şirkətlərin beynəlxalq təhlüksizlik üzrə standartlara uyğun fəaliyyət göstərmədikləri üçün tətbiq olunub.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib - TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibə ve...