Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır. Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb:
"Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar.
Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatını qənimət kimi götürürük.
Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturu hədəf alır.
Azərbaycan Ordusunun qarşısında yalnız bir tapşırıq var – mülki insanlara ziyan vurmadan ancaq hərbi obyektlərə zərbə endirməklə torpaqları işğaldan azad etmək".
Oxşar xəbərlər
Qarabağda şiddətli döyüşlər və ermənilərin böyük itkiləri (VİDEO)
Ermənistan silahlı qüvvələri 2016-cı ilin yalnız 2-5 aprel tarixlərində aparılan döyüşlərdə böyük itkilərə məruz qalıb. BAKU.WS xəbər verir ki, 320-dən artıq h...