Ermənistan silahlı qüvvələri Sədərək istiqamətində yanğınlar törətdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribata əl ataraq yanğınlar törətməyə cəhd edib.
BAKU.WS “Nuhçıxan”a istinadən xəbər verir ki, son günlər Ermənistan tərəfindən Ermənistan-Azərbaycan dövlət sərhədinin Arazdəyən-Sədərək istiqamətində həm şəxsi heyətə, silah və texnikaya qarşı düşmən təxribatlar törədilir, həm də ərazilərimizə ekoloji ziyanın vurulması üçün mütəmadi olaraq müxtəlif üsullara əl atılır.
Düşmən müxtəlif üsullarla mövqelər arasındakı neytral əraziləri və əkin sahələrimizi yandırmağa cəhd edir.
Əsgərlərimiz ərazilərimizdəki yanğını söndürüblər.
Düşmənin təxribatlarının qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınır.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...