Ermənistan prezidentinin səlahiyyətlərini bu şəxs icra edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda keçmiş Prezident Armen Sarkisyanın səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Alen Simonyan icra edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Vitse-spiker Akop Arşakyan isə müvəqqəti olaraq spikerin vəzifələrini yerinə yetirəcək.
Qeyd edək ki, Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. Fevralın 1-də Ermənistan parlamentinin sədri Alen Simonyan Prezident Armen Sarkisyanın səlahiyyətlərinin dayandırılması ilə bağlı protokolu imzalayıb.
Yeni prezident qanunverici orqanda seçiləcək. Bunun üçün deputatların minimum 25, maksimum 35 gün vaxtı var.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...