Ermənistan prezidenti sərhəd delimitasiyası komissiyalarının reqlamentini TƏSDİQLƏDİ
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyaların iş qaydasını təsdiqləyib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bir gün əvvəl sənəd Ermənistan parlamentində ratifikasiya olunub.
Xatırladaq ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.
Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.
Oxşar xəbərlər
Azərbaycana hücum molla rejiminin əsl simasını üzə çıxardı: İranın ikiüzlülüyünün ifşası
Bəzən bir hadisə bütün illüziyaları dağıdır, maskaları bir anda cırıb atır. Bu gün Naxçıvana endirilən dron zərbələri də məhz bu qəbildəndir. İran ərazisindən b...