Ermənistan prezidenti: "Qarşılıqlı etimadın yaradılması İrəvan və Bakı arasında yekun sülh üçün vacibdir"
"İki ölkə və xalq arasında qarşılıqlı etimad mühitinin yaradılması Ermənistan və Azərbaycan arasında yekun sülh üçün son dərəcə vacibdir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan Tavuş vilayətinin Kirants qəsəbəsində jurnalistlərə bildirib.
Xaçaturyan vurğulayıb ki, ikitərəfli hüquqi proses artıq formalaşıb, çünki hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb və bu prosesin yekunlaşması hər iki xalqın "mövcud çətinlikləri" aşa biləcəyi zaman olacaq:
"Heç kim bunun nə vaxt baş verəcəyini deyə bilməz. Əlbəttə, bunun mümkün qədər tez baş verməsini istərdik, amma iki ölkənin hökumətləri sadəcə əlverişli şərait yaratmalı, təmaslar üçün mümkün qədər çox imkan təmin etməli və bir ölkədə narazıların ola biləcəyindən qorxmamalıdırlar. Bunun reallığa çevrilməsinin böyük ehtimal olduğunu güman edirəm", - deyə Ermənistan prezidenti bildirib.
Oxşar xəbərlər
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Ba...