Ermənistan Prezidenti İrəvanda Cey Di Vensi qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İrəvanda ABŞ vitse-prezidenti Cey Di Vensi qəbul edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı Xaçaturyan regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb və ABŞ Prezidenti Donald Trampın İrəvanla Bakı arasında sülh prosesinə böyük töhfəsini qeyd edib.
Həmçinin vurğulanıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığın genişlənməsinə və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə kömək edir.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...