Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Qeyd olunur ki, Andranik Simonyanı gətirən təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. İrəvandan uçuş 50 dəqiqə davam edib.
Bundan əvvəl Simonyanın Bakıda keçiriləcək 3-cü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edəcəyi barədə məlumat verilmişdi. Onun səfəri 3 günlükdür və sentyabrın 21-dək davam edəcək.
Oxşar xəbərlər
Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır
Qara dəniz və Xəzər dənizi arasında etibarlı əlaqələr ticarət və enerji resurslarının hərəkəti üçün yeni imkanlar açır. BAKU.WS "Report"a istinadən xəbər verir...