Ermənistan COP29 ərəfəsində təxribat törədə bilər? - ŞƏRH

Ermənistan COP29 ərəfəsində təxribat törədə bilər? - ŞƏRH
Foto
Siyasət 39

"Məlum olduğu kimi, Azərbaycan yaxın günlərdə dünya üçün çox əhəmiyyətli və vacib rol oynayacaq COP29-a ev sahibliyi edəcək. Dünyanın iki yüzə yaxın ölkəsinin nümayəndə heyətinin, dünya liderlərinin, beynəlxalq təşkilatların iştirak edəcəyi bu tədbir beynəlxalq münasibətlər sistemində ən önəmli və vacib görüşlərdən sayılır".

BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

O əlavə edib ki, Azərbaycan ilk dəfədir ki, öz tarixində ən böyük beynəlxalq layihəyə ev sahibliyi etməklə sülh, əmin-amanlıq, təhlükəsizlik, yaşıl dünya naminə birlik və bərabərlik mesajlarının dünya ictimaiyyətinə çatdırılması üçün müstəsna rol oynayacaq bir platformaya çevriləcək:

"Bu baxımdan, Azərbaycan dövlətinin yaxın günlərdə açıqlamış olduğu COP29 çərçivəsində dünyada atəşkəs mesajı mühüm əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, Azərbaycan özü 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkən bir ölkədir. Lakin qəhrəmanlıq salnaməmizin mükəmməl bir təcəssümü olan 44 günlük zəfər savaşımız sayəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi və indi də COP29-a ev sahibliyi etməyimiz, əslində, yeni dünya tarixində yeni nizamın qurulmasında müstəsna rol oynamağa davam etməyimizin göstəricisidir. Şübhəsiz ki, belə bir unikal və dünya üçün vacib bir dövrdə bütün dünyada atəşkəs çağırışının edilməsi Azərbaycanın sülhpərvər yanaşmasından, region və dünya üçün sülh və təhlükəsizliyin təmin olunması istiqamətindəki səylərindən xəbər verir".

"Amma bütün bu xoş niyyətlərə və cəhdlərə baxmayaraq, Ermənistanın həm COP29 bağlı Azərbaycanın dəvətinə cavab verməməsi, həmçinin, atəşkəs çağırışına etinasız yanaşması, əlaltısı olduğu böyük güclərlə birlikdə Azərbaycanın sülhpərvər missiyasına mane olmağa çalışmasının əyani sübutudur. Bu da regionda yeni təxribatların baş verə biləcəyini istisna etmir. Amma təbii ki, bütün bunlara baxmayaraq, Azərbaycan dövləti öz gücü və qüdrəti, sülhə sadiqliyi, beynəlxalq hüquq sisteminə hörməti çərçivəsində bundan sonra da bu istiqamətdəki səylərini davam etdirəcək. Ölkəmizə qarşı edilə biləcək bu kimi cəhdlərin qarşısı da dövlətimizin müvafiq qurumları tərəfindən qətiyyətlə alınacaq. COP29 da Azərbaycanın ev sahibliyində dünya tarixində öz layiqli yerini tutacaq", - deyə deputat əlavə edib.

Son xəbərlər