Ermənilərin "tanrılar panteonu": Kərkicahandakı mağarada gizlədilən şifrələr
Yeniliklərdən dərhal xəbərdar olun
Kərkicahandakı süni mağarada erməni mifologiyasının "tanrıları" təsvir olunub: Aramazd, Anait, Vahan, Astxik, Nane, Mher, Spandaramet... Amma bu fiqurlar sadəcə mif deyil - siyasi mesaj daşıyan, mənimsənmiş obrazlardır.
Əslində isə bu "panteon" Kommagena kralı I Antiox Teosun Nəmrud dağında yaratdığı sinkretik dini-siyasi modelin kölgəsidir. Antiox Şərq və Qərbin tanrılarını birləşdirərək onlarla ittifaq quran hökmdar obrazı yaratmışdı.
Ermənilər isə bu modeli mənimsəməklə həmin obrazlardan saxta mifologiyalarında tarixi legitimlik üçün istifadə ediblər. Aramazd - Zevs və Hörmüzdün imitasiya sintezi, Anait - Artemida və Anahitanın surəti, Vahan - Heraklın və Bəhram Gurun kölgəsi, Mher - Apollon-Mitra-Helios obrazının zəif təsdiqi, Spandaramet isə zərdüştlüyün Spenta Armaiti inancının birbaşa mənimsənilən fiqurudur.
Bu miflər uydurulmuş "ilklik" iddiasını gücləndirmək üçün yaradılıblar və ideoloji məqsəd göstəriciləridir. Bu və digər məqamlara Baku TV-nin "Qarabağ xronikası" verilişinin yeni buraxılışında aydınlıq gətirilib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...