Ermənilərin "milli qəhrəman" adı verdikləri 20 yanvar cəlladı öldü

Ermənilərin milli qəhrəman adı verdikləri 20 yanvar cəlladı öldü
Siyasət 2

SSRİ-nin keçmiş baş naziri Nikolay Rıjkov vəfat edib.

Bu barədə Federasiya Şurasının spikeri Valentina Matvienko Telegram kanalında məlumat verib.

Matvienko Rıjkovun ölümünün səbəblərini açıqlamayıb.

Qeyd edək ki, Nikolay Rıjkov 1929-cu il sentyabrın 28-də Ukraynada anadan olub. 1985-1991-ci illərdə keçmiş SSRİ Nazirlər Sovetinin sədri işləyib. O, Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun ən yaxın adamı olub.

N.Rıjkov 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya yeridilməsi qərarını verən şəxslərdən biridir. “Bakıya ordu hissələrini yeritmək qərarı Mixail Qorbaçovun kabinetinə birgə qəbul olunub. İclasda SSRİ Ali sovetinin sədri Anatoli Lukyanov, müdafiə naziri Dimitri Yazov, DTK-nın sədri Kryuçkov, DİN naziri Bakatin və mən iştirak etmişik”, - deyə Rıjkov qətliam barədə danışarkən bildirib.

Heç bir rəsmi fərman olmadan keçirilən bu hərbi əməliyyata rəhbərlik etməsinə gəlincə, Rıjkov siyasətlə məşğul olmadığını, ancaq “məsələni həll etdiyini” demişdi.

Son xəbərlər