Ermənilərin Bərdəni atəşə tutması nəticəsində yeniyetmə həlak olub
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
BAKU.WS Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, 07.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur.
Bu gün saat 16 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olmuş, yaşayış evinə isə ciddi ziyan dəymişdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Ermənilərin Bərdəyə raket atması nəticəsində ölənlərin sayı 21-ə çatdı - YENİLƏNİB-2
2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyek...