Erməniləri çaş-baş qoyan ŞOK PLANIN DETALLARI AÇIQLANDI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən Müharibəsi zamanı Dövlət Sərhəd Qoşunları tərəfindən "AN-2" təyyarələrinin istifadə olunması ilə bağlı fikir birgə qəbul olunub. Belə ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri "AN-2" təyyarələrinin partlayıcı maddələrlə təchiz edilməsində bilavasitə iştirak edib.
BAKU.WS xəbər verir ki, bu barədə İTV-də yayımlanan "Görünməyən qəhrəmanlar - DTX" sənədli filmində bəhs olunub.
Ermənistan tərəfi "AN-2" təyyarələrini vurmağa tərəddüd edirdi. Çünki təyyarələrə yerləşdirilmiş partlayıcının hədəfə dəydiyi zaman böyük partlayış törətdiyini anlamışdılar. Bu səbəbdən düşmən təyyarələri vurmaqla öz hava hücumundan müdafiə vasitələrinin yerini bildirmiş olurdu. Əks halda isə "AN-2" hədəflərə özünü çırparaq böyük partlayış törədirdi.
Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...