“Ermənilər bir müddətdən sonra itkilərini açıqlayacaqlar” - Zakir Həsənov son hadisələrdən danışdı
18
iyn
2019
11:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Müdafiə nazirinin əsas vəzifəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın tapşırıqlarını orduda icra etmək və Ordunu müharibəyə hazırlaşdırmaqdır”.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.O qeyd edib ki, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasında Türkiyə Silahlı Qüvvələrinin rolu böyükdür:“Dilimiz və dinimiz bir olan Türkiyənin təcrübəsindən hər gün bəhrələnirik və təlimlərdə istifadə edirik”.Z.Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi qulluqçusu, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verməsi ilə bağlı dediyi fikrə belə münasibət bildirib:“Bircə onu deyə bilərəm ki, David Tonoyan yalan danışır. Son hadisələr zamanı biz ermənilərə layiqli cavab vermişik. Bir müddət ötdükdən sonra onlar itkilərini açıqlayacaqlar”.
Oxşar xəbərlər
Zakir Həsənov: Ordumuzun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi
"Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir. Azərbaycan Ordusu inkişaf edir. Bununla bağlı, sübutlar var".BAKU.WS "Report"-a istinadla xəbər ver...