Erməniəsilli müğənni 4 agent tutub, oğlunu oteldən qaçırdı - FOTO
"Oscar", "Emmy", "Grammy" kimi mükafatlara sahib 77 yaşlı müğənni Şer (Cher) yeni xəbərlə gündəmə gəlib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi 4 agent tutaraq oğlu Elijah Blue Allmanı qaldığı oteldən qaçırdıb.
"DailyMail"in yaydığı məlumata əsasən, müğənninin oğlu həmin vaxt küslü olduğu arvadı Marieangela Kinglə barışmaq istəyirmiş.
Bu barədə sənətçinin gəlini bildirib. O deyib ki, Los Ancelesdə oteldə qalan zaman qayınanası 47 yaşlı ərini qaçırtmaq istəyib.
Elijah Blue Allmanın başqa bir oteldə huşsuz vəziyyətdə çəkilən fotoları isə hadisənin həqiqətən baş verdiyini sübut edir.
Sənətçinin oğlu da özü kimi narkotik aslılığından əziyyət çəkir.
Məlumat üçün bildirək ki, Şer (Cher) erməniəsilli ABŞ müğənnisi və aktrisasıdır. Onun əsd adı Şerilin Sarkisyan Lapyer Bono Ollmendir. Elijah Blue Allman, Şerin 2017-ci ildə vəfat edən rokçu Qreqq Ollmandan dünyaya gələn oğludur.
Oxşar xəbərlər
Ağciyər xəstəliyindən əziyyət çəkən 66 yaşlı aktyor vəfat etdi - FOTO
"Emmy" mükafatlı aktyor Ron Sifas Cons vəfat edib. BAKU.WS xəbər verir ki, 66 yaşlı aktyor uzun müddətdir ağciyər xəstəliyindən əziyyət çəkirdi. O ötən gün yaşa...